UFC çempionu İslam Maxaçev 30 yanvar tarixində UFC 336 turnirində Karloş Prateslə qarşılaşmadan niyə imtina etdiyini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Maxaçev bu barədə belə danışıb: "Prates və Morales kimin həqiqi layiqli iddiaçı olduğunu müəyyən edəcəklər. Belə daha maraqlıdır. Mənə Prateslə döyüş təklif olunmuşdu, amma o, yaxın zamanda mənim məğlub etdiyim idmançıya (İan Gerri) uduzub. Əgər Pratesi məğlub etsəydim, qarşıda bir il döyüşməyən və nəyisə gözləyən Morales olacaqdı. Qoy onlar döyüşsünlər, biz də görək, kim həqiqi iddiaçıdır". Prates və Morales arasında döyüş 30 yanvarda UFC 336 turnirində, Toronto şəhərində baş tutacaq. Hazırda Maxaçev Moskvada istirahət edir, onun ən təhlükəli rəqibləri isə bir-biri ilə qarşılaşacaq.


