Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında Azərbaycanın daha üç yunan-Roma güləşçisi bu gün mübarizəyə start verir.
Offsideplus.az xəbər verir ki, Nihat Məmmədli (63 kq), Həsrət Cəfərov (67 kq) və İslam Abbasov (87 kq) xalça üzərinə çıxacaqlar.
N.Məmmədli ilk görüşündə ABŞ təmsilçisi Xavyer Consonla, İ.Abbasov isə türkiyəli Ali Cengizlə üz-üzə gələcək. H.Cəfərov isə ilk mərhələdən azaddır.
Bundan başqa, Murad Əhmədiyev (97 kq) təsəlliverici qarşılaşmada avstriyalı Markus Raqqinqerlə qüvvəsini sınayacaq.
Qeyd edək ki, yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) ötən gün qızıl medal qazanıblar.


