"Real Madrid"in baş məşqçisi Joze Mourinyo La Liqanın 10-cu turunda "Barselona"ya qarşı keçirilən oyunu dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, Mourinyo 2:1 hesabı ilə başa çatan qarşılaşmanın yüksək səviyyədə keçdiyini bildirib: "Əvvəlcə qeyd edim ki, bu, əla oyun idi, yüksək səviyyəli futbol nümayiş etdirildi və əminəm ki, futbolu sevən hər kəs bu qarşılaşmanı izləyib. Hər iki komanda qələbə üçün oynayırdı. Mən daha çox öz komandama diqqət yetirirdim. Oyunçularımız möhtəşəm çıxış etdilər, çox təşkilatlı və diqqətli idilər, xüsusilə də müdafiədən ötürmələrlə çıxarkən cəsarət göstərdilər. Rəqib aktiv pressinq edirdi. Hesabı 2:0 edə biləcəyimiz imkanlarımız oldu, Cud və Kilianın iştirak etdiyi ikiyə bir vəziyyətimiz vardı. Təbii ki, "Barselona" ikinci hissədə güclü reaksiya verdi, lakin biz sakitliyimizi və təşkilatçılığımızı qoruduq, hətta hesab 1:1 olanda belə soyuqqanlılığımızı itirmədik".