"Mançester Yunayted" azarkeşləri Premyer Liqanın 8-ci turunda "Bornmut"la keçirilən oyunda klub rəhbərliyinə qarşı sərt şüarlar səsləndiriblər.

Offsideplus.az xəbər verir ki, "Old Trafford"da baş tutan qarşılaşmada "Mançester Yunayted" 0:3 hesabı ilə məğlub olub. Üçüncü qoldan sonra azarkeşlər Qleyzerlərə və Cim Retkliffə etirazlarını bildiriblər. Onlar "Yeni stadionunuzu özünüzə saxlayın" və "Ceyson Uilkoks, sən axmaqsan!" kimi ifadələr işlədiblər.

"Bornmut" azarkeşləri isə oyun zamanı Maykl Kerrikə ünvanlanan "Səhər səni işdən çıxaracaqlar" şüarını səsləndiriblər. Matçdan sonra Kerrik futbolçuları tribunalar ətrafında gəzdirərək azarkeşlərə təşəkkür edib. "Mançester Yunayted" azarkeşləri baş məşqçini paltardəyişmə otağına alqışlarla yola salıblar.