Keçmiş "Barselona" yarımmüdafiəçisi İvan Rakitic Tibo Kurtoanın El-Klasikoda iştirak etməyəcəyi barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, "Real Madrid"in qapıçısı qrip səbəbindən "Barselona" ilə oyunu buraxacaq. Rakitic bildirib: "Bu, "Real Madrid" üçün baş verə biləcək ən ağır itkidir. Məncə, hazırda o, komandanın ən vacib oyunçusudur, çətin anlarda komandanı xilas edən məhz o idi. Görünür, o, doğrudan da çox xəstədir ki, El-Klasikonu buraxır. Hər iki komanda öz oyun üslubunda çıxış edəcək, xüsusilə də "Barselona" evdə oynadığı üçün adət etdiyi futbola üstünlük verəcək. Çox maraqlı qarşılaşma gözləyirəm. "Real Madrid" rəqiblərinə çətin anlar yaşada biləcək çoxlu imkanlara malik əla komandadır".


