Qazaxıstanın paytaxtı Astanada güləş üzrə dünya çempionatı keçirilir.
Offsideplus.az xəbər verir ki, Eldəniz Əzizlinin ardınca Sənan Süleymanov da dünya çempionu olub.
77 kq çəki dərəcəsində yarışan idmançı finalda moldovalı Aleksandrin Qutunu məğlub edib.
29 yaşlı Sənan ilk dünya çempionluğu qazanıb.
Qeyd edək ki, turnir noyabrın 1-nə qədər davam edəcək.


