Azərbaycan Basketbol Liqasında (ABL) IV tura yekun vurulub.
Offsideplus.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Neftçi" öz meydanında "Gəncə"ni qəbul edib.
Son dərəcə gərgin keçən görüşdə "ağ-qaralar" 96:94 hesabı ilə qalib gəliblər. Meydan sahiblərinin qələbəsində 30 xal toplayan Şakil Prays mühüm rol oynayıb. "Gəncə"nin heyətində isə Latavius Mitçell 15 xal və 19 ribaundla dabl-dabl etsə də, bu, məğlubiyyətdən qaçmağa bəs etməyib.
Qeyd edək ki, hər iki kollektivi qarşıda FIBA Avropa Kubokunda məsuliyyətli oyunlar gözləyir: "Neftçi" Rumıniyanın "Oradea", "Gəncə" isə Portuqaliyanın "Sportinq" klubunu qəbul edəcək.
Günün digər oyununda isə "LANDAU Lions" "Sumqayıt"la üz-üzə gəlib. Qarşılaşma "şirlər"in 96:67 hesablı darmadağını ilə yekunlaşıb. Görüşün ən məhsuldar basketbolçusu 34 xal toplayan Ceyms Freyzer ("LANDAU Lions") olub.
Turun digər oyunlarında bu nəticələr qeydə alınıb:
"Sabah" - "Naxçıvan" 83:88
NTD - "Ordu" 71:102


