İngiltərənin sabiq müdafiəçisi Qari Nevill "Çelsi"nin yarımmüdafiəçisi Morqan Rodcersin "Tottenhem"lə oyunda Konor Qallagerə qarşı kobudluğa görə meydandan qovulmalı olduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, həmin epizodda Rodcers yalnız sarı vərəqə ilə cəzalandırılıb. Qarşılaşmanın baş hakimi Kris Kavana olub. Matçın 80-ci dəqiqəsində isə "Çelsi"nin digər yarımmüdafiəçisi Koul Palmer qırmızı vərəqə alıb.
Nevill deyib: "Düşünürəm ki, bu, qırmızı vərəqə idi. O, rəqibə bütün gücü ilə zərbə endirdi və bu, tamamilə lüzumsuz idi. Rodcersin hərəkəti gülünc idi. Onlar özlərinə nəzarəti itirdilər. Xabi Alonso onları meydandan çıxarmalı idi".
Premyer Liqanın 8 turundan sonra "Çelsi" 13 xal toplayıb və turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Son 6 oyunda "Çelsi" 3 məğlubiyyət, 2 qələbə və 1 heç-heçə əldə edib. Bu gün isə "Tottenhem"ə 0:2 hesabı ilə uduzub.


