Misli Premyer Liqasının 9-cu turunun son oyununda bütün diqqətləri üzərinə çəkən bir görüş var. Söhbət “Sabah” – “Qarabağ” matçından gedir.
Yeni stadionu “Sabah Arena”da ilk oyununa çıxacaq “bayquşlar” “Qarabağ”ı sınağa çəkəcək. Ötən mövsüm “Qarabağ”, indi isə “Sabah” Çempionlar Liqasında mübarizə aparır. Ölkənin iki qürur mənbəyi olan komandanın son mövsümlərdəki hər oyunu bir-birindən maraqlı keçir.
Tərəflərin keçirdiyi oyun sayı eyni, aralarındakı xal fərqi isə ikidir (19 və 17 xal). “Sabah” bu matçda məğlub olmasa, üstünlüyünü qoruyacaq.
“Qarabağ” son görüşdə son saniyələrdə məğlubiyyətdən xilas olmağı bacardı. Qələbə qazanmaq üçün daha motivasiyalı ola bilərlər, lakin nəzərə alaq ki, ötən mövsüm bunu bacara bilməmişdilər.
Qurban Qurbanovun bu “Qarabağ”ı “sirli qutu”dur. İçindən nə çıxacağını zaman göstərəcək. Zamandan başqa, bu səviyyəli oyunlar da çox şeyi bəlli edəcək.
Şübhə yoxdur ki, açıq, dinamik və olduqca səviyyəli oyuna şahidlik edəcəyik.


