UFC çempionu İslam Maxaçev Movsar Evloyevin UFC 333-də Aleks Volkanovskiyə məğlubiyyətindən sonra ona dəstək olub.
Offsideplus.az xəbər verir ki, Maxaçev sosial şəbəkədə paylaşım edərək bunları qeyd edib: "Həqiqi kişi və yaxşı qardaşdır. Onun bu xüsusiyyətləri istənilən kəmərdən daha dəyərlidir". Qeyd edək ki, Evloyev ikinci raundda texniki nokautla uduzub. Aleksandr Volkanovski isə döyüşdən sonra bildirib: "Bir zərbə oldu və Evloyev onu hiss etdi. O an başa düşdüm ki, son yaxınlaşır".


