UFC-nin mövcud çempionu Aleks Volkanovski UFC 333-də Movsar Evloevlə qarşılaşmadan öncə hazırlıq prosesindən danışıb. O bildirib ki, döyüşə 10 həftə qalmış ciddi pəhriz saxlayıb və bu, ona həm çəki atmaqda, həm də döyüş zamanı fiziki hazırlığını qorumaqda kömək edib.

Offsideplus.az xəbər verir ki, Volkanovski fikirlərini belə ifadə edib: "Mənim uzunömürlülüyümün sirri əsasən düşüncə tərzim və hazırlıq prosesimdədir. Pəhriz mənə çox kömək edir. Döyüşə 10 həftə qalmış pəhrizə başladım və hər detalına əməl etdim. Bu, çəkini atmağı da asanlaşdırdı. Fiziki forma və düzgün yanaşma əsasdır. 10 həftə ərzində aclıq çəkdim. Əgər üçüncü raund başlasaydı, yenə də qalib gələcəyimə inanırdım. Rəqibimin tükəndiyini görürdüm və düşünürəm ki, döyüşü mən aparardım."

Qeyd edək ki, UFC 333-də Aleks Volkanovski ikinci raundda Movsar Evloevə nokautla qalib gələrək yarımyüngül çəki üzrə çempionluq kəmərini qoruyub. Evloev uzun müddət titul döyüşünə hazırlaşsa da, 38 yaşlı Volkanovskiyə uduzub.