İspaniyada daha bir futbolçunun evinə oğurluq cəhdi baş verib.
Offsideplus.az xəbər verir ki, hadisə Sevilya yaxınlığında yerləşən Bormuxos bələdiyyəsində qeydə alınıb. Ötən şənbə bir neçə maskalı şəxs "Betis"in hücumçusu Troy Pərrotun evinə "Barselona" ilə oyun zamanı (2:5) daxil olub. Müşahidə kameralarının görüntülərində cinayətkarların binaya daxil olub və oranı tərk etdikləri görünür, lakin heç nə oğurlanmayıb. Hazırda Mülki Qvardiya hadisə ilə bağlı araşdırma aparır.
Qeyd edək ki, 14 oktyabrda Pərrotun komanda yoldaşı Antoni və bir həftə sonra "Sevilya"nın sabiq qapıçısı Serxio Rikonun evində də oğurluq hadisəsi baş vermişdi.


