Bakıdakı U-15 dünya çempionatı və festivalında mübarizə aparan Azərbaycan millisi növbəti qələbəsini qazanıb.

Offsideplus.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda Hövsan Yarış Kompleksində Andorra yığması ilə üz-üzə gəlib. Gərgin keçən qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Xatırladaq ki, yığmamız turnirdəki ilk matçında Timor-Leste kollektivini 6:0 hesabı ilə darmadağın etmişdi.

Komandamız bu gün növbəti matçını saat 19:30-da Avstraliya yığmasına qarşı keçirəcək. Oktyabrın 26-da isə millimiz saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti komandası ilə qarşılaşacaq.