Amerikalı döyüşçü Şon O'Malli növbəti rəqibinin Petr Yan olacağını bildirib və bu qarşılaşmanın UFC-nin yüngül çəkidə tarixinin ən möhtəşəm döyüşü olacağını vurğulayıb.

Offsideplus.az xəbər verir ki, O'Malli Yanın Merab Dvalişvili üzərində qələbəsindən sonra ona Sun Yadunla döyüş barədə sual verilməsini tənqid edib. "Sun Yadun? Bu, həqiqətən məyusedicidir. Düzü, Daniel Kormyenin niyə belə bir sual verdiyini anlamıram. Mən Yanı yanvarda məğlub etmişəm və növbəti dəfə kəmər uğrunda məhz onunla döyüşəcəyəm. Hətta Petr Yan və Sun Yadun döyüşü elan olunsa belə, mən yenə də kəmər üçün növbəti döyüşə çıxacağam. Sun Yadun Yanla mənim titul döyüşümün underkardında qarşılaşıb. Petr Yan onu məğlub etdi, mən də hər ikisini udmuşam. Ona görə də bizim döyüşümüz lazımdır. Bu, UFC-nin yüngül çəkidə ən böyük və ən möhtəşəm qarşılaşması olacaq", – deyə O'Malli bildirib. Qeyd edək ki, Şon O'Malli və Petr Yan 2022-ci ilin oktyabrında döyüşüblər və həmin qarşılaşmada O'Malli hakimlərin bölünmüş qərarı ilə qalib gəlib.