Qazaxıstanda keçirilən güləş üzrə dünya çempionatının ilk günündə 2 Yunan-Roma güləşçimiz finala çıxıb.
Offsideplus.az xəbər verir ki, Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) adını finala yazdırıb.
E.Əzizli yarımfinalda gürcüstanlı son dünya çempionu Vaxtanq Loluaya 5:1 hesabıyla qalib gələrək 5-ci dəfə dünya çempionatının həlledici mərhələsinə çıxıb.
S.Süleymanov yarımfinalda iranlı Ali Oskuyaya 2:0 hesabı ilə qalib gələrək 3-cü dəfə dünya çempionatının finalına yüksəlib.
Final görüşləri sabah baş tutacaq.


