Bakıda 189 ölkənin iştirakı ilə FIFA U-15 dünya çempionatı və futbol festivalına start verilib.

Offsideplus.az xəbər verir ki, açılış günündə Azərbaycan millisi Bakı Kristal Zalında Timor-Leste yığması ilə qarşılaşıb. Görüş yığmamızın 6:0 hesablı qələbəsi ilə başa çatıb. Millimizin qollarına Müşfiq Zamanov (2), Yusif Əlizadə, Həsən Məhmədov (2) və Asif Allahverdizadə imza atıblar.

Qeyd edək ki, milli komandamız oktyabrın 25-də Andorra (12:45) və Avstraliya (19:30), oktyabrın 26-da isə İsrail (11:30) və Haiti (18:15) yığmaları ilə üz-üzə gələcək.