FIFA prezidenti Canni İnfantino, Təşkilat Komitəsinin sədri Samir Şərifov, AFFA prezidenti Rövşən Nəcəf və digər rəsmilər FIFA U-15 Dünya Çempionatı və Festivalı 2026 çərçivəsində Hövsan Yarış Kompleksini ziyaret ediblər.

Offsideplus.az xəbər verir ki, qonaqlar kompleksdə yaradılan şəraitlə tanış olub, 92 matçın keçirildiyi ilk günün qarşılaşmalarını izləyiblər.

189 ölkənin iştirakı ilə oktyabrın 30-dək davam edəcək turnirin rəsmi açılış mərasimi və Azərbaycan — Şərqi Timor oyunu bu axşam "Baku Crystal Hall"da tutacaq.

Yüksək səviyyəli səfər FIFA və AFFA arasında sıx əməkdaşlığı və gənc futbolçuların inkişafına verilən dəstəyi nümayiş etdirir.