"Barselona"nın yarımmüdafiəçisi Fermin Lopes oktyabrın 25-də keçiriləcək "El Klasiko" öncəsi "Real Madrid"in diskvalifikasiya etmək istədiyi iki futbolçusunun adını açıqlayıb.
Offsideplus.az xəbər verir ki, gənc futbolçu TVE-yə müsahibəsində rəqibin iki əsas ulduzunu xüsusi vurğulayıb:
"Tibo Kurtua komandasına çoxlu xallar qazandırır, inanılmaz sevlər edir. Kilian Mbappe isə fərq yaradır, çoxlu qollar vurur. İmkanım olsaydı, onların ikisini də oyundan kənarlaşdırardım".
Qeyd edək ki, "Barselona" və "Real Madrid" arasındakı qarşılaşma "Nou Kamp" stadionunda baş tutacaq.
İspaniya La Liqasında keçirilən 9 turdan sonra Hans-Diter Flikin rəhbərlik etdiyi "Barselona" 27 xalla turnir cədvəlinə başçılıq edir.


