Misli Premyer Liqasının 9-cu turunda “Zirə” “Sumqayıt”a qalib gəldi - 3:2.

“Gözləyirdik ki, şən və baxımlı oyun olacaq. Oyuna yaxşı başladıq, iki qol vurduq. 30-35-ci dəqiqədən sonra komandada eniş oldu. Enerjimiz düşmüşdü. Rəqibə qol epizodu vermirdik, hissənin sonlarında qol buraxdıq. Problemi çözə bilmirik. 2:2-dən sonra komandam yaxşı reaksiya verdi. Azarkeşlərimizi, rəhbərliyi və futbolçularımı təbrik edirəm”.

Offsideplus.az xəbər verir ki, bu sözləri “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqov deyib.

“Bu mövsüm çempionatda zəif komanda yoxdur. İnkişaf edirik, hamı təcrübə toplayır. “Sumqayıt” son iki oyunda möhtəşəm oynayırdı. Cənab Filipenin gəlişindən sonra "Sumqayıt" çox baxımlı oynayır, təhlükəlidirlər. Şükür ki, sonda qələbə qazana bildik”.

Gərgin olmağı barədə sual verilib, çalışdırııcı belə cavab verib:

“İlk hissədə gərgin idim. İkinci yarıda özümə söz verdim ki, sakit olacam. Bəzi epizodlar oldu ki, özümüzdən çıxırdıq. Başqa oyunlardakı epizod da beynində qalır, fərqli qərar olanda..."

Transferlər barədə:

“Seleksiyanı tamamlamamışıq. Sağ vingerimiz yoxdur. Güclənməliyik. Nə dərəcədə alınacaq, bilmirəm, amma güclənmək lazımdır”.