"Real Madrid"in baş məşqçisi Joze Mourinyonun "Barselona" ilə keçiriləcək prinsipial "El Klasiko" matçında heyətdə bəzi dəyişikliklər edə bilər.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqibi təəccübləndirmək üçün bir neçə mövqedə dəyişiklik etməyi planlaşdırır. Mourinyonun planına əsasən, Fede Valverde müdafiənin sağında yer alacaq, hücumun sağ cinahı isə Arda Gülərə həvalə olunacaq.

Yarımmüdafiənin mərkəzində Orelyen Tçuameni və Eduardo Kamavinqa cütlüyünə şans veriləcəyi gözlənilir. Hücumun sol cinahında isə Yan Diomande mübarizə aparacaq.