Azərbaycanın avrokuboklardakı yeganə təmsilçisi "Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turunda Bakıda Almaniyanın "Borussiya" (Dortmund) klubuna uduzub - 1:2.

Offsideplus.az xəbər verir ki, buna baxmayaraq, ölkəmiz UEFA reytinqində həftəni 24-cü pillədə başa vurub.

Hazırda Azərbaycan 24.187 əmsalla 24-cü, İsrail isə 24.125 əmsalla 25-ci sıradadır. Reytinqin 23-cü pilləsində Ukrayna (24.837), ilk sırasında isə İngiltərə (106.463) qərarlaşıb.