Azərbaycanın qadın FIFA referisi Fəridə Lütfəliyeva UEFA-dan təyinat alıb.
Offsideplus.az xəbər verir ki, o, Gürcüstanda keçiriləcək U-17 qadınlararası Avropa çempionatının seçmə mərhələsində (B4 qrupu) Uels – Lüksemburq (25 oktyabr) və Lüksemburq – Gürcüstan (31 oktyabr) matçlarında baş hakim olacaq.
Referral oktyabrın 28-də Uels – Gürcüstan görüşündə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Köməkçi hakim Gülnurə Əkbərzadə isə hər üç qarşılaşmada yan xətt hakimi kimi çalışacaq.


