FIBA Çempionlar Liqasının çərçivəsində keçiriləcək “Sabah” – “Nanter” basketbol qarşılaşmasında musiqili şou təşkil olunacaq.

Offsideplus.az xəbər verir ki, 27 oktyabrda Milli Gimnastika Arenasında baş tutacaq görüşdə Orxan Zeynallı ifa edəcək.

Qarşılaşma saat 20:00-da başlayacaq. Basketbol azarkeşləri həm oyunun həyəcanını yaşamaq, həm də musiqili proqramdan zövq almaq imkanı əldə edəcəklər.