Türkiyəli yarımmüdafiəçi Arda Güler "Real Madrid" ilə yeni müqaviləyə imza atıb.
Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçunun müqaviləsi 5 il müddətinə nəzərdə tutulub və 2032-ci ilin iyununa qədər qüvvədə olacaq. Razılaşma sentyabr ayında əldə olunub, artıq bütün sənədlər imzalanıb və rəsmiləşdirilib. Klub yaxın günlərdə bu barədə rəsmi açıqlama yayacaq.


