FIFA Şurası Bürosunun iclasında Azərbaycan və Özbəkitanın birgə ev sahibliyi edəcəyi "FIFA U-20 World Cup 2027"nin keçirilmə tarixi rəsmən açıqlanıb.
Offsideplus.az xəbər verir ki, 20 yaşadək futbolçulardan ibarət yığmaların mübarizə aparacağı mötəbər turnir 2027-ci il sentyabrın 17-dən oktyabrın 9-dək təşkil olunacaq. Çempionatda 24 milli komanda iştirak edəcək.
Qeyd edək ki, yarışın "Bu oyun sənlikdir" ("U Shape The Game") rəsmi şüarı və brendi oktyabrın 16-da təqdim edilib. Təqdimat çərçivəsində rəsmi brend Bakının simvolik məkanları olan Qız Qalası və Bakı Olimpiya Stadionunda xüsusi proyeksiya ilə nümayiş etdirilib.
Dünya çempionatının matçlarını stadiondan izləmək istəyən azarkeşlər bilet satışı ilə bağlı yenilikləri izləmək üçün "FIFA.com/tickets" səhifəsində qeydiyyatdan keçə bilərlər.


