Sabah Azərbaycan U-16 milli komandasının Hövsan Yarış Kompleksində açıq məşqi təşkil olunacaq.
Offsideplus.az xəbər verir ki, FIFA U-15 Dünya Çempionatı və Festivalında iştirak edəcək yığmamızın məşqi oktyabrın 22-də saat 16:30-da başlayacaq. Məşqdən əvvəl baş məşqçinin iştirakı ilə brifinq keçiriləcək, məşqin ilk 15 dəqiqəsi isə media nümayəndələri üçün açıq olacaq.
Xatırladaq ki, yığmamız turnirdə ilk oyununu oktyabrın 24-də saat 19:30-da “Crystal Hall”da Timor-Leste yığmasına qarşı keçirəcək. Oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə Hövsan Yarış Kompleksinin 10A meydançasında qarşılaşacaq. Oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.


