"Kəpəz" Misli Premyer Liqasının IX turunda "Şəfa" ilə keçiriləcək səfər matçının hazırlığına start verib.

Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi günün ilk yarısında fitnes zalında fiziki hazırlıq keçib.

Daha sonra baş məşqçi Azər Məmmədovun rəhbərliyi altında meydançaya çıxan futbolçular texniki-taktiki tapşırıqları icra ediblər.

Yüngül ağrıları olan Namiq Ələsgərov zalda fərdi məşqlə kifayətlənib.

Qeyd edək ki, "Şəfa" – "Kəpəz" qarşılaşması oktyabrın 24-də, saat 16:30-da Sumqayıtdakı "SOCAR Polymer Arena"da baş tutacaq.