"Qəbələ"nin kapitanı Asif Məmmədov Azərbaycan Premyer Liqasında son 18 mövsümün rekorduna imza atıb.

Offsideplus.az xəbər verir ki, təcrübəli futbolçu VIII turda "Sabah"la ev oyununun (0:4) son anlarında meydana daxil olaraq mövsümdə ilk dəfə şans qazanıb.

40 yaş 73 günlüyündə şans əldə edən A.Məmmədov bu göstərici ilə çempionatda son 18 mövsümdə meydana çıxan ən yaşlı futbolçu ünvanına sahib olub.