Azərbaycan Basketbol Liqasında (ABL) III turun oyunları davam edir.
Offsideplus.az xəbər verir ki, turun açılış matçında "Naxçıvan" və "Gəncə" komandaları üz-üzə gəlib. Milli Gimnastika Arenasında baş tutan qarşılaşma "Naxçıvan"ın 72:70 hesablı gərgin qələbəsi ilə başa çatıb. Görüşün ən məhsuldar basketbolçusu 18 xalla "Gəncə"nin üzvü Bakari Kamara olub.
Qeyd edək ki, baş məşqçisi Martin Knejeviçlə yollarını ayıran Qərb təmsilçisini bu matça köməkçi məşqçi Rizvan Səfərov çıxarıb.
Günün ikinci oyununda isə "Neftçi" "Sumqayıt"ı qəbul edib. Meydanı 86:69 hesablı inamlı qələbə ilə tərk edən "ağ-qaralar"ın heyətində iki basketbolçu dabl-dabl edib: Aleksa Stepanoviç (21 xal, 11 ribaund) və Zek Hiks (19 xal, 14 ribaund). "Sumqayıt"da isə Malek Qrin (18 xal, 12 ribaund) oxşar göstəriciyə imza atıb.
İki gün davam edən III tura bu gün keçiriləcək "Sabah" - NTD qarşılaşması ilə yekun vurulacaq. Günün yeganə matçı saat 19:00-da Milli Gimnastika Arenasında başlayacaq.
Qeyd edək ki, turun "LANDAU Lions" - "Ordu" oyunu ev sahiblərinin avrokuboklardakı çıxışı ilə əlaqədar təxirə salınıb.
ABL, III tur
"Naxçıvan" – "Gəncə" 72:70 (15:20, 19:15, 20:14, 18:21)
"Neftçi" – "Sumqayıt" 86:69 (23:16, 24:20, 23:16, 16:17)
19:00 "Sabah" – NTD (Milli Gimnastika Arenası)


