Misli Premyer Liqasının növbəti turunda baş tutan "Kəpəz" - "Zirə" matçından sonra meydan sahiblərinin baş məşqçisi Azər Bağırov mətbuat konfransında iştirak edib.
Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis qarşılaşmanı dəyərləndirərək azarkeşlərə minnətdarlığını bildirib və komandasının çıxışından razı qaldığını qeyd edib:
"Açığı desəm, mən bir məşqçi kimi də kənardan onların dəstəyini hiss eləyirəm və bu danılmazdır. Bizim azarkeşlər özünüz də gördüyünüz kimi, çox möhtəşəmdirlər.
Komandama gəlincə, komandamla fəxr eləyirəm. Komandam həqiqətən də çalışırlar, yaxşı iş görürlər. Hər bir şeyə rəğmən bu oyunda bizim bəzi itkilərimiz var idi ki, hansı ki, bizim üçün önəmli futbolçular idi.
Bu gün biz çox güclü bir komandaya qarşı oynayırdıq, topla yaxşı şəkildə oynayan bir komandaya qarşı oynayırdıq. Biz bu günləri qazandığımız bir xalımızın üstünə xal qazandıq və düşünürəm ki, bizim üçün bu uğurdur".
Komandanın heyəti və transfer siyasətinə toxunan baş məşqçi yeni oyunçulardan və büdcə imkanlarından danışıb:
"Komandamıza legioner olaraq bir dənə hücumçu gətirməyi düşünürəm. Kalunqa dünyanın ən ucuz legioneridir.
Kalunqa hal-hazırda özünüz də görürsünüz ki, həmin o aldığı məbləğdən qat-qat artığına layiq futbolçudur".
Birinci diviziondan "Kəpəz"ə futbolçu gətirmək, təzyiq sözsüz ki, var idi."
Sonda Gəncədəki futbol atmosferini xüsusi vurğulayan Azər Bağırov azarkeşlərin dəstəyinin hər zaman vacib olduğunu diqqətə çatdırıb.


