UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 3-cü turu başlayacaq.
Offsideplus.az xəbər verir ki, çərşənbə axşamı gecəsinin, bəlkə də turun ən maraqlı oyunu Parisdə keçiriləcək.
PSJ klubu "Barselona"nı qəbul edəcək. Lakin oyunöncəsi PSJ azarkeşləri üçün mənfi, əks tərəf üçün müsbət xəbər verilib.
Nunu Mendeş bud nahiyəsindən aldığı zədə səbəbindən sıradan çıxıb.
Portuqaliyalı sol müdafiəçinin yoxluğu müdafiə xəttində ciddi dəyişikliyə səbəb olacaq. Belə ki, çərşənbə axşamı gecəsi keçiriləcək matçda Lukas Dinin birbaşa Lamin Yamala qarşı oynamaq ehtimalı yaranıb.



