İngiltərə Premyer Liqasında 7-ci tur oynanılır.
Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted" klubu "Lids Yunayted"in qonağı olub.
Görüşdə hesabı "Qırmızı Şeytanlar" açsa da, ikinci hissədə rəqib hesabı bərabərləşdirib.
Görüş 1-1 hesabla başa çatıb. Bununla da Mançester təmsilçisi liqada ardıcıl 3-cü heç-heçəsini edib. Hər 3 görüş 1-1 hesabla başa çatıb.
Bu nəticədən sonra onlar 7 turdan 7 xalla 13-cü pillədə qərarlaşıb.


