“Bayern Münhen”in baş məşqçisi Vensan Kompani infeksiya və çanaq nahiyəsindəki ağrılardan əziyyət çəkir.

Offsideplus.az xəbər verir ki, belçikalı mütəxəssis “Bayern Münhen”in “RB Leypsiq” üzərində qazandığı böyük hesablı qələbə matçının tən yarısında ehtiyat skamyasını tərk etmək məcburiyyətində qalıb.

Kompani çərşənbə günü “Arsenal”a qarşı keçiriləcək prinsipial qarşılaşmaya kimi tam bərpa olunub komandanın sükanı arxasına qayıtmağa ümid edir.