İspaniya La Liqasının IX turunda keçirilən "Betis" – "Barselona" qarşılaşması zəngin qol şousu ilə yadda qalıb.
Offsideplus.az xəbər verir ki, matçın ən baxımlı epizodu qapıya vurulan rəsmi qollar deyil, ləğv edilən bir zərbə olub.
Qarşılaşmanın 43-cü dəqiqəsində "Betis"in yarımmüdafiəçisi Covani Lo Çelso möhtəşəm zərbə ilə rəqib torlarını havalandırıb. Lakin hakim epizodda əllə oyun müəyyən etdiyi üçün bu baxımlı qolu qeydə almayıb.
Matçın ən çox müzakirə olunan həmin epizodunu təqdim edirik:


