Madrid "Atletiko"sunun baş məşqçisi Diyeqo Simeone La Liqanın 9-cu turunda "Espanyol"la keçiriləcək matçdan əvvəl komandasının hazırkı oyun səviyyəsini dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, təcrübəli mütəxəssis AS nəşrinə açıqlamasında hələ inkişaf etdirilməli məqamların olduğunu bildirib:

"Altı matçda qələbə qazanmağımız hər şeyin mükəmməl edildiyi mənasına gəlmir. Oyunun müxtəlif anlarında səhvlərin yaranması qaçılmazdır. Hesab edirəm ki, matçlarda təşəbbüsü ələ almağımız xeyrimizə işləyir. Ümumilikdə isə həm hücumda, həm də müdafiədə inkişaf etdirilməli aspektlərin olduğunu düşünürəm".

Qeyd edək ki, "Espanyol" – "Atletiko" qarşılaşması oktyabrın 17-də Barselonadakı "Kornelya-El Prat" stadionunda tutacaq. Matçın baş hakimi Alexandro Ernandes olacaq.

Hazırda "kolçoneros" İspaniya çempionatının turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.