"Sumqayıt" Misli Premyer Liqasının VIII turunda bu gün autsayder "Araz-Naxçıvan"ı qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, "kimyaçılar" ötən tur cari mövsümdə ilk qələbəsini qazanıb.
Onlar 5 xalla 8-ci pillənin sahibidir. Sonuncu "Araz-Naxçıvan"ın isə 2 xalı var.
MPL, VIII tur
16 oktyabr (cümə)
19:00 “Sumqayıt” – “Araz-Naxçıvan”
Hakimlər: Vüqar Həsənli, Asiman Əzizli, Zöhrab Abbasov, Murad Səlimov
VAR: Əkbər Əhmədov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Yavər Rəhimov
SOCAR Polymer Arena


