İtaliyanın tanınmış mütəxəssisi Luçano Spalletti 'Yuventus'un Avropa Liqasının ikinci turunda 'Selta' üzərində qazandığı 2:1 hesablı qələbəni dəyərləndirib.
Offsideplus.az xəbər verir ki, Spalletti ilk hissədə komandasının bütün komponentlərdə ləng hərəkət etdiyini və bunun 'Selta'ya tez uyğunlaşmağa imkan verdiyini bildirib. O qeyd edib ki, topu ələ keçirəndə sürətli əks-hücumlar çatışmayıb, top itirildikdə isə pressinqə qoşulmaqda gecikiblər. Mütəxəssis 'Kalyari' ilə oyunda (1:1) komandasının daha yaxşı göründüyünü, diqqət, sabitlik və intensivlik baxımından üstün olduqlarını vurğulayıb. Bu dəfə isə bütün mərhələlərdə lənglik müşahidə olunub. Həm 'Yuventus', həm də 'Selta' qol imkanları yaratsa da, bəzən təşkilatsız oynadıqlarını və rəqibin istifadə edə biləcəyi boş zonalar buraxdıqlarını deyib.
"Eyni zamanda xoşuma gəlir ki, futbolçular qələbə üçün risk etməyə hazırdırlar – müasir futbolda risksiz mümkün deyil. Bəzən 'Sassuolo' ilə oyunda olduğu kimi (2:3) uduza bilərik, amma riskə getmək vacibdir", – deyə Spalletti bildirib.


