Bu gün Misli Premyer Liqasında VIII tura start veriləcək.
Offsideplus.az xəbər verir ki, turun ilk oyunu Şamaxıda baş tutacaq.
Yerli komanda "Şəfa"nı qəbul edəcək.
"Şamaxı" 10 xalla turnir cədvəlində 7-ci yeri tutur. "Şəfa" isə 3 xalla 11-ci yerin sahibidir.
MPL, VIII tur
16 oktyabr (cümə)
15:00 “Şamaxı” – “Şəfa”
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Səbuhi Bayramov
VAR: Elvin Bayramov
AVAR: Tərlan Talıbzadə
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Şamaxı şəhər stadionu


