İngiltərə klubları dərin böhranla qarşı-qarşıyadır.
Offsideplus.az xəbər verir ki, Müstəqil Futbol Tənzimləyicisinin təqdim etdiyi və “L’Équipe” nəşrinin paylaşdığı həyəcanlı hesabat ölkənin ilk beş divizyonunda fəaliyyət göstərən klubların ciddi maliyyə böhranı ilə üz-üzə qaldığını göstərir.
Hesabatda yer alan rəqəmlər İngiltərə futbolunun dayanıqlılığı ilə bağlı böyük suallar doğurur.
-
Klubların %94-ü zərərlə çalışır: Qiymətləndirilən 116 klubdan təxminən 109-u mənfi büdcə kəsiri ilə fəaliyyət göstərir.
-
6 Milyard avroluq rekord borc: Növbəti mövsümdə ilk 5 divizion klublarının ümumi borcunun 6 milyard avroya yüksələcəyi təxmin edilir.
-
90 günlük yaşam həddi: 73 klub öz sahiblərinin birbaşa maliyyə dəstəyi olmadan 90 gündən artıq fəaliyyətini sürdürə bilməz.
-
Texniki müflisləşmə: Aşağı divizion klublarının təxminən üçdə ikisi, İngiltərə Premyer Liqası klublarının isə 20%-ə yaxını texniki olaraq müflis (in solvent) vəziyyətindədir.


