Karl-Entoni Taunsun "Nyu-York Niks"lə yeni müqavilə imzalamayacağı təqdirdə, onun üçün əsas namizədlər "Çikaqo Bulls" və "Los Anceles Klippers" ola bilər. Bu barədə NBA klub rəhbərlərindən biri məlumat verib.
Offsideplus.az xəbər verir ki, mənbənin sözlərinə görə, hazırda məhz "Çikaqo" və "Klippers"in həm maaş büdcəsində yer, həm də oyunçunun uyğunluğu baxımından ən real variant olduğu vurğulanıb. Digər mümkün seçimlər sırasında "Bruklin Nets", "Qolden Steyt Uorriors" və "Dallas Maveriks" də qeyd olunub. Bildirilir ki, "Nets" lazımi maliyyə imkanını tapsa da, basketbol baxımından bu keçid uyğun görünmür. "Uorriors" və "Maveriks" isə təxminən 50 milyon dollar maaş büdcəsi boşaltmaq üçün heyətdə ciddi dəyişikliklər etməlidir.


