"Olimpiakos"un basketbolçusu Tayler Dorsi komanda yoldaşlarının onun rolu ilə bağlı səsləndirdiyi fikirlərə sosial şəbəkədə cavab verib. Çima Moneke Dorsini vacib oyunçu kimi dəyərləndirdiyi halda, Ceron Blassomgeym onun asanlıqla əvəzlənə biləcəyini bildirib. Dorsi isə bu açıqlamalara münasibət bildirərək, "Əgər hər şeyim əvəzlənə bilirsə, elə indi məni göndərin, xüsusilə də mənə pul ödəmək istəmirlərsə. Niyə vaxt və əsəb sərf edək? Məşqçilər heyəti nədən qorxur? Gəlin, görək nə baş verir!" sözlərini yazıb.
Offsideplus.az xəbər verir ki, Dorsinin bu paylaşımlarından dərhal sonra "Olimpiakos" rəhbərliyi qərar verib və onu "Barselona" ilə qarşılaşmanın heyətindən kənarlaşdırıb. Klubun açıqlamasına əsasən, Tayler Dorsi dərhal Afinaya qayıdacaq.


