Lisandro Martinesin "Mançester Yunayted"dəki gələcəyi klub rəhbərliyinə ünvanlanan tənqidlər fonunda qeyri-müəyyən vəziyyətə düşüb.

Offsideplus.az xəbər verir ki, Çempionlar Liqasının "Atletiko" ilə oyununda 0:2 hesablı məğlubiyyətdən sonra argentinalı müdafiəçi klubun idarəçiliyini tənqid edib.

O bildirib: "Baş məşqçiləri daim dəyişmək olmaz – Karrik əlindən gələni edir. Bəs digər sahələrdə vəziyyət necədir? Daha böyük investisiyalar və texniki direktordan daha çox şey gözləyirəm".

"Sky Sports"un məlumatına görə, onun bu sözləri həm klub rəhbərliyində, həm də paltardəyişmə otağında narazılıq yaradıb. Komanda yoldaşları argentinalının "Mançester Yunayted"in heyətinin kifayət qədər rəqabətədavamlı olmadığı barədə fikrindən narazı qalıb. Bildirilir ki, oyunçulardan biri Madriddən Mançesterə qayıdış zamanı təyyarəyə minərkən Martinesə narazılığını açıq şəkildə bildirib.

Hazırda rəhbərlik futbolçuya qarşı hansısa cəza tədbirinin tətbiq olunub-olunmayacağına qərar verməyib. Bununla belə, Martinesin 2027-ci ildə başa çatacaq müqaviləsinin uzadılacağına dair ciddi şübhələr var. Klub rəhbərliyi ehtiyatlı davranmağa üstünlük verir, çünki Lissandro baş məşqçi Maykl Karrik üçün əsas oyunçulardan biridir.

Həmçinin qeyd olunur ki, yay transfer pəncərəsində Lisandro Martines "Atletiko"ya keçidini israrla tələb edib. O, Kristian Romero kimi "Tottenhem"dən Madrid klubuna transfer olunmaq istədiyini bildirib.