Sloveniyalı ulduz Luka Donçiç yeni mövsüm öncəsi çəkisini ötən illə müqayisədə 1 kiloqram azaldıb.
Offsideplus.az xəbər verir ki, "Los Anceles Leykers"in yaydığı rəsmi məlumatda Donçiçin çəkisi təxminən 110 kiloqram göstərilib ki, bu da ötən ilin göstəricisindən 1 kiloqram azdır.
2025-ci ilin yayında Donçiç xüsusi pəhriz saxlayıb və fiziki hazırlığı üzərində ciddi işləyib. NBA-də bu yay onun əvvəlki illərdəki kimi formada və çevik göründüyü qeyd olunub.


