UFC prezidenti Dana Uayt Aleks Pereyranın təşkilatın şərhçilər vasitəsilə ictimai rəyə təsir göstərməsi barədə dediklərinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Pereyra iddia etmişdi ki, UFC şərhçiləri vasitəsilə azarkeşləri Siril Qan və Coş Hokitin titul döyüşünə hazırlamağa çalışıb.

Dana Uayt bu fikirlərə belə cavab verib:

"Bu adam planetin ən böyük paranoyakıdır. Mən heç vaxt Kormyeyə nə etməli olduğunu deməmişəm. Heç vaxt Roqana və ya başqa birinə hansısa döyüşçü barədə nə danışmalı olduqlarını göstərməmişəm. Uzun illər döyüşlərin pərəstişkarı kimi, şərhçilərin döyüşçülər barədə mənfi danışmasını xoşlamıram. Amma nə döyüşçülərə, nə də şərhçilərə nə deməli olduqlarını tapşırmıram. Əgər biz həqiqətən belə fikirlərə nəzarət etsəydik, Şon Striklend üç il əvvəl artıq təşkilatdan uzaqlaşdırılmışdı".

Qeyd edək ki, Siril Qan və Coş Hokit 15 noyabrda UFC 334-də qarşılaşacaq. Aleks Pereyra və Sergey Pavloviç isə 13 dekabrda UFC 335-də döyüşəcək.