"Sabah"ın Çempionlar Liqasında Çexiyanın "Slaviya" komandası üzərində qazandığı qələbə Azərbaycanın UEFA reytinq cədvəlindəki mövqeyini yaxşılaşdırıb.
Offsideplus.az xəbər verir ki, bu uğurlu nəticə sayəsində ölkəmiz aktivinə növbəti xalları yazdıraraq İsraili geridə qoyub və 24-cü pilləyə yüksəlib.
Hazırda Azərbaycanın 24.187, 23-cü sırada qərarlaşan Ukraynanın aktivində isə 24.337 xal var.
Siyahıya 104.019 xalla İngiltərə başçılıq edir.


