"Real Madrid"in baş məşqçisi Joze Mourinyo ulduz fubtolçunun klubdan gedişinə razılıq vermədi.

Offsideplus.az xəbər verir ki, o, gənc braziliyalı hücumçu Endrikin yanvar transfer pəncərəsində icarəyə veriləcəyi ilə bağlı yayılan şayiələri qətiyyətlə təkzib edib.

Portuqaliyalı mütəxəssis Endrikin komandadakı roluna tam inandığını və onun heç bir yere getməyəcəyini vurğulayıb:

“Bunu unudun! Şans yoxdur. Mən Endrikə tam güvənirəm. Onun icarəyə verilməsinə ehtiyac yoxdur, o, burada böyük işlər görəcək və uğur qazanacaq.

Endriklə maraqlanan klublar onu transfer etmək üçün mənimlə döyüşməli olacaqlar! Mən ona heyranam, onun yüksək potensialı var və bizim üçün çox vacibdir.

O, artıq zədədən qayıdıb. “Vilyarreal”a qarşı matçda meydana daxil olmaq üzrə idi... Tezliklə onu yenidən meydanda görəcəksiniz.”