Fransa millisinin sabiq yarımmüdafiəçisi Emmanuel Peti "Liverpul"un Bredli Barkolya görə ödədiyi məbləği yüksək qiymətləndirib.

Offsideplus.az xəbər verir ki, Peti bildirib ki, Barkolya görə 120 milyon funt ödəməzdi və maksimum 60-70 milyon funt sərf edərdi. Onun sözlərinə görə, Fransada hamı bilir ki, Barkolya yaxşı oyunçudur, bəzən əla təsir bağışlasa da, oyununda sabitlik çatışmır. Peti əlavə edib ki, "Pari Sen-Jermen"də Barkolya əsasən komanda yoldaşlarının hesabına yaxşı görünürdü. O vurğulayıb ki, ingilis klubları üçün dəyərindən artıq qiymətə oyunçu almaq artıq adi hal alıb.