Misli Premyer Liqasının VIII turunun mərkəzi qarşılaşması olan "Qarabağ" – "Neftçi" oyununun biletləri bu gün saat 12:00-dan etibarən satışa təqdim olunub.
Offsideplus.az xəbər verir ki, azarkeşlər standart və VIP biletləri "iTicket.az" platforması üzərindən onlayn qaydada əldə edə bilərlər. Oyun günü isə satış həm stadionun kassalarında, həm də onlayn formatda davam edəcək.
Klubdan verilən məlumata görə, stadiona giriş yalnız QR biletlərlə mümkün olacaq. Bu səbəbdən azarkeşlərdən bilet alarkən şəxsi məlumatları dəqiq qeyd etmələri xahiş olunur.
Qeyd edək ki, "Qarabağ" - "Neftçi" oyunu oktyabr;n 17-də, saat 19:00-da başlayacaq. Arena azarkeşlər üçün matçın start fitindən 2 saat (120 dəqiqə) əvvəl açılacaq.


