AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib və Misli Premyer Liqasının VII turunun oyunları ilə bağlı intizam tədbirləri tətbiq olunub.
Offsideplus.az xəbər verir ki, VII turun "Neftçi" – "Sabah" matçında azarkeşlərin rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsinə görə "Neftçi" 5000 manat cərimə olunub. Həmçinin sözügedən görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Sabah" klubu 700 manat ödəməli olacaq.
Digər oyunlardakı qayda pozuntularına görə tətbiq edilən cərimələr:
"Araz-Naxçıvan" "Kəpəz"lə qarşılaşmada (9 oktyabr) hesab tablosu işləmədiyi üçün 2000 manat cərimələnib.
"İmişli" isə "Qarabağ"la görüşdən (11 oktyabr) sonra meydana kənar şəxslər daxil olduğuna görə 2500 manat ödəməli olacaq.


