Braziliyalı futbol əfsanəsi Rivaldo Aleksey Batrakovun gələcəkdə "Barselona"ya keçəcəyinə inandığını bildirib.
Offsideplus.az xəbər verir ki, Rivaldo Batrakovu yeni nəsil futbolçu kimi dəyərləndirib və onun gələcəyin oyunçusu olduğunu vurğulayıb. O qeyd edib ki, Batrakov yaxşı oyunçudur və yaxın vaxtlarda "Barselona" ilə qarşılaşacaq. Rivaldo əlavə edib: "Ümid edirəm, bir gün Aleksey özü də "Barselona"da oynaya biləcək".


